Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

-

Makedoniya parlamenti Prezident Gjorge Ivanov barədə impiçment keçirməkdən imtina edib. Prezidentin 56 rəsmini səsyazma qalmaqalına görə əfv etməsinə görə impiçment olunması təklif edilirdi. Təklifi ən böyük müxalifət partiyası olan Sosial Demokratlar irəli sürmüşdü. Ancaq təklif gərəkən üçdə iki səs çoxluğunu yığa bilməyib.

Sosial demokratlardan Stefan Bogojev deyib ki, Ivanov “prezident adlandırılmağa layiq deyil”.

Ölkədə siyasi böhrana səbəb olmuş səs yazılarında iddia edilirdi ki, keçmiş baş nazir Nikola Gruevski və tərəfdarları 20 mindən çox insanın telefon danışıqlarının dinlənməsinə icazə verib.

Ivanov-un həmin məmurları əfv etməsi isə ölkədə etirazlara səbəb olub. Sonucda iyunun 5-nə təyin edilmiş seçki təxirə salınıb.

Avropa Birliyinin və ABŞ rəsmilərinin təzyiqi altında Ivanov əfv qərarını ləğv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG