Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

-

Prezident İlham Əliyev ««Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanunun tətbiqi haqqında fərman imzalayıb.

Xəbəri president.az saytı yayıb.

Əsgəri xidmətə çağırışdan möhlət hüququ indiyədək yalnız bakalavr pilləsində təhsil alanlara verilirdi. Ancaq bundan sonra möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Həmçinin bununla xarici ölkələrdə əyani təhsil alanlara da eyni hüquq verilir. Xaricdə bakalavr, magistratura, doktorantura səviyyələrində, ali baza tibb təhsili və rezidenturada (internaturada) oxuyanlara da bu imkan yaradılır.

Milli Məclis iyunun 14-də keçirilən iclasında «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanuna dəyişiklik etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG