Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:16

Trump seçki kampaniyasının rəhbərini qovdu


Donald Trump və Corey Lewandowski

Donald Trump və Corey Lewandowski

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə mümkün namizəd Donald Trump seçki kampaniyasının rəhbəri Kori Levandovskini işdən kənarlaşdırıb.

Trumpun ölkə boyu praymerizlərdə qalib gəlməsinə kömək edən Levandovskinin azad edilməsi, onunla Trumpun yenidən işə qəbul edilmiş müşavirləri arasında fikir ayrılığı olması barədə xəbərlər fonunda baş verir.

Söhbət, Trumpun noyabrın 8-də keçiriləcək prezident seçkisində nüfuzunu necə artırmaqdan gedir.

Federal məlumata görə. Trump iyunun əvvəllərindən seçki kampaniyası üçün 1,29 milyon, onun demokrat rəqibi Hillary Clintonun isə 42 milyon dollar toplayıb.

Trump mayda isə bu məqsədə 3,1, Clinton isə 26 milyon toplaya bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG