Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

-

Ədliyyə Nazirliyi yenə də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını dövlət qeydiyyatına almaqdan imtina edib. Müsavat Partiyasının sabiq funksioneri, iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkata bundan əvvəl də iki dəfə rədd cavabı verilmişdi.

Hərəkatının sədr müavini Ellada Məmmədli Azadlıq Radiosuna açıqlamasında Ədliyyə Nazirliyinin qeydiyyatdan imtina cavabının qanuni olmadığını deyib.

“Nazirliyin cavab məktubunda bizə bildiriblər ki, ADR-in Nizamnaməsində qəbul, əlavə və dəyişiklik edilməsi qaydası göstərilməyib. Dövlət qeydiyyatından imtinanın səbəbi kimi də elə bunu qeyd ediblər. Əgər bu qanunun tələbidirsə, biz buna əməl etməmişiksə, niyə Ədliyyə Nazirliyi əvvəllər sənədləri geri qaytaranda bunu irad bildirilməmişdi? Artıq 3-cü dəfədir ki, hərəkatın qeydiyyatına nüxtəlif səbəblə imtina cavabı verilir. Bu iradlar onu deməyə əsas verir ki, bunlar bəhanədir", - E.Məmmədli qeyd edib.

O, Ədliyyə Nazirliyini məhkəməyə verəcəklərini açıqlayıb:

“Məhkəməyə müraciət etməyi düşünürük. Bundan sonrakı münasibətlər məhkəmə müstəvisində həll olunmalıdır”

E. Məmmədli yerli məhkəmələr müraciətlərini təmin etməzsə, Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Azərbaycan Demokratiya və Rifah Hərəkatını Müsavat Partiyasının bir qrup keçmiş üzvləri yaradıb. Onlar Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qaldıqlarından belə addım atdıqlarını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG