Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12

Makedoniyanın paytaxtı Skopyedə 20 minlik etiraz aksiyası keçirilib.

Nümayişçilər ölkə rəhbərliyindəki korrupsiya sxemi ilə bağlı hərtərəfli istintaq aparılması və ədalətli seçkilər keçirilməsini tələb ediblər.

Aksiyaçılar bildirib ki, bu, söz azadlığı olmadan mümkün deyil.

Artıq 2 aydan çoxdur ki, ölkədə kütləvi etiraz aksiyaları keçirilir:

“70 gündür ki, etiraz edirik. Bizim elədiyimizə “Rəngli inqilab” deyirlər. Amma hakimiyyət hələ də tələblərimizi yerinə yetirmir. Səbrimiz tükənir və artıq gözləmək fikrində deyilik. Geri çəkilməyəcəyik”.

Maya Marakanin adlı aksiyaçı deyir.

Aksiyaçılar prezidentin ofisinə rəng dolu kürəcikləratıb, bir neçə pəncərəni sındırıblar.

Amma küclü qarşıdurma baş verməyib.

Prezident George İvanov bu ilin aprelində 56 məmuru əfv edib.

20 mindən çox sakinin telefon söhbətinə qulaq asılmasında ittiham olunan keçmiş baş nazir də onların arasındadır.

Bu ölkədə kütləvi etirazlara səbəb oldu və hakimiyyət iyunun 5-nə nəzərdə tutulan parlament seçkisini təxirə salmalı oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG