Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Bu ilin 3-cü rübünün sonuna neftin qiyməti 1 barrelə 39 dollara düşə bilər. Bu proqnozu Bank of America Merrill Lynch-in analitikləri verib.

The Wall Street Journal qəzeti yazır ki, bu proqnoza səbəb hər il yayın sonuna ABŞ-da yanacağa tələbatın azalmasıdır.

Analitiklərin bildirdiyinə görə, yayın əvvəlinə qiymətlər adətən qalxır, çünki şəxsi maşından istifadə artır.

Keçən il də eyni mənzərə idi. İkinci rübdə neftin qiyməti 25 faiz qalxmışdı.

3-cü rübdə isə bu amil işləmir.

Bununla belə, analitiklərin fikrincə, 4-cü rübdə neft yenə bahalanacaq. Bir barrelin qiyməti 54 dollara kimi qalxa bilər.

Hazırda neftin qiyməti 50 dollardır. Son günlər neftin qiymətinin qalxmağı Britaniyanın Avropa Birliyindən çıxmaq barədə iyunun 23-də keçirəcəyi referendumla bağlıdır.

XS
SM
MD
LG