Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23

-

ABŞ-ın vitse-prezidenti Joe Biden xəbərdarlıq edir ki, respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın antimüsəlman siyasəti əks-təsir yarada, Birləşmiş Ştatların özünə ziyan vura bilər.

“Eşitdiyim ritorika dünyadakı bir milyard 400 milyonluq müsəlmanı radikallaşdıracaq kimi səslənir”, Biden iyunun 20-də Yeni Amerika Təhlükəsizliyi Mərkəzində deyib.

Trump iyunun 19-da biraz da dərinə gedərək təklif edib ki, Birləşmiş Ştatlar ölkədəki müsəlmanlar barədə məlumat toplamağı, onların profilini hazırlamağı nəzərdən keçirməlidir. Daha öncə o, ABŞ-a müsəlmanların mühacirətini müvəqqəti olaraq qadağan etməyi təklif edirdi.

Biden deyib ki, Trump-ın Meksika sərhədi boyunca hasar çəkmək planı Latım Amerikasında nifrət yarada bilər.

“Hasar çəkərək yaxın qonşularımıza sayqısızlıq edəriksə, tezliklə antiamerikanizm qayıda bilər”, Biden deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG