Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:00

«Qlobal iqtisadi proseslər Azərbaycana da...»


Natiq Əmirov
Natiq Əmirov

-

«Son dövrlər dünyada baş verən iqtisadi proseslər, neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ən yaxın ticarət tərəfdaşlarımızın milli valyutalarını sərbəst buraxması və digər siyasi, iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşməyib».

APA xəbər verir ki, bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov «Sosial biznes-inkişafa gedən yol» adlı konfransda çıxışı zamanı bildirib.

N.Əmirovun deməsinə görə, ötən il Ümumi Daxili Məhsul (ÜDM) 1.1 faiz artıb: «Adambaşına düşən ÜDM-in həcmi 5703 manat təşkil edib. Bununla yanaşı, ölkə iqtisadiyyatı, o cümlədən sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15.9 milyard manat əsas kapitaldan investisiya yönəldilib. Bu vəsaitin 56 faizini daxili, 44 faizini isə xarici investisiyalar təşkil edib».

XS
SM
MD
LG