Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:15

Beynəlxalq Bankın səhmləri ucuzlaşır


ABB
ABB

-

«Azərbaycan Beynəlxalq Bankı» (ABB) ASC-nin səhmlərinin bazar dəyərinin azaldığı bildirilir.

Bu barədə «Report» səhmlərin alqı-satqısı ilə bağlı vasitəçilik xidməti göstərən «Kapital Menecment» investisiya şirkətinə istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, hazırda qiymətli kağızlar bazarında ABB-nin 1 səhminə 0.06 manat təklif olunur. Halbuki, ayın əvvəlində bu qiymət 0.07 manat olub.

Başqa sözlə, yarım ay ərzində səhmlərin dəyərini 14 faiz itirdiyi qeyd edilir.

Bankın ötən ili 824 mln. manata yaxın zərərlə başa vurduğu bildirilirdi.

Ötən ilin sonuna ABB-nin nizamnamə kapitalının 641.287 mln. manat olduğu deyilirdi. Bu məbləğin hər birinin nominal dəyəri 0.27 manat olan təxminən 2375.1 mln. səhm əsasında formalaşdığı qeyd edilir.

XS
SM
MD
LG