Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13

-

Beynəlxalq Olimpiya Komitəsinin iyunun 21-də keçirəcəyi toplantıda rusiyalı atletlərə beynəlxalq qadağa yüngülləşdirilməyəcək. Bunu Rusiyanın İdman naziri Vitaly Mutko iyunun 20-də deyib.

Komitə Ümumdünya Antidopinq Agentliyinin dopinq qaydalarına əməl etməyən ölkələrdəki durumu müzakirə edəcək. Agentlik rusiyalı atletlərin dopinqdən istifadəsi barədə məlumat açıqlayandan sonra Rusiya yüngül atletlərinin avqustda Rio Olimpiya oyunlarında iştirakını qadağan edib.

Olimpiya Komitəsinin günahsızlığı sübut olunmuş atletlərə qadağanı qaldırmaq səlahiyyəti var.

Ancaq Mutko deyib ki, heç bir qərar gözləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG