Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

-

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən atletlərin siyahısını açıqlayıb.

«Report»un xəbərinə görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan idmançılar arasında Azərbaycan təmsilçisi İntiqam Zairovun da adı var.

O, həmin olimpiadada 85 kq çəki dərəcəsində çıxış edib və iki hərəkətin cəmində 361 kq (birdən 166 kq, təkanla 195 kq) nəticə ilə 9-cu yeri tutub.

İ.Zairov 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb.

Daha öncə IWF Azərbaycanın 6 ağırlıqqaldıranını dopinq-testdən keçə bilmədiyindən uzun müddətə yarışlardan kənarlaşdırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG