Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:00

ATƏT müşahidəçilərinin sayı artır


Prezidentlər Sankt-Peterburqda - 20 iyun 2016
Prezidentlər Sankt-Peterburqda - 20 iyun 2016

-

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.

APA bu məlumatı Rusiya xarici işlər naziri Sergei Lavrov-a istinadən yayıb: «Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı, prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar. Burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub», - deyə S.Lavrov qeyd edib.

İyunun 20-də Sankt –Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü mayın 16-da Vyana şəhərində baş tutmuşdu. ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən həmin görüşdə də xüsusi olaraq atəşkəsə ciddi əməl edilməsi tərəflərin diqqətinə çatdırılmışdı. Eyni zamanda təmas xəttində ATƏT sədrinin xüsusi nümayəndəliyinin tərkibinin genişləndirilməsi ilə bağlı razılıq əldə edilmişdi.

XS
SM
MD
LG