Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

-

Rusiyanın Kareliya vilayətində uşaqların ölümünə görə beş nəfər saxlanıb, yay düşərgəsi isə bağlanıb. Azı 14 uşağın “cinayət səhlənkarlığı” nəticəsində qayıqda batdığı bildirilir. Uşaqlar 12-15 yaşlarında idilər. İyunun 18-də küləkli hava, tufan xəbərdarlığına baxmayaraq, Finlandiya yaxınlığındakı Syamozero gölünə 3 kiçik qayıqda 47 uşaq və 4 nəzarətçi çıxıbmış.

Bu faciədən sonra Park Hotel Syamozerou düşərgəsi barədə sualları alovlandırıb. Bu düşərgə təkcə ötən il 700 min dollarlıq müqavilə çərçivəsində Moskva meriyası tərəfindən göndərilmiş uşaqlara ev sahibliyi edib. Ancaq düşərgədəki sanitariya problemləri, əməkdaşlarının pis rəftarı barədə şikayətlər olub.

Baş müstəntiq düşərgəni ötən il də bağlamaq istədiklərini bildirib. Faciədən sonra Moskva şəhər əmək və sosial rifah departamentindən axtarış aparılıb.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Prezident Vladimir Putin “günahkarların tapılmasını” əmr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG