Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrədə keçirilən tədbirdə 96 komandanın rəqibləri müəyyənləşib.

Azərbaycanın “Qəbələ”, “Neftçi” və “Kəpəz” klublarının da rəqibləri bəlli olub.

"Neftçi" ilk görüşdə Bakıda Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq.

"Qəbələ" Gürcüstanın "Samtrediya", "Kəpəz" isə Moldovanın "Daçiya" klubu ilə mübarizə aparacaq.

"Qəbələ" ilə "Kəpəz" də ilk görüşü evdə keçirəcəklər.

İlk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.

Azərbaycan klublarının II təsnifat mərhələsindəki rəqibləri də müəyyənləşib.

“Neftçi” -“Baltsan” cütünün qalibi - “Şkendiya” (Makedoniya) / “Krakoviya” (Polşa) cütünün qalibi

“Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan) cütünün qalibi - “Qəbələ” (Azərbaycan) / “Samtredia” (Gürcüstan) cütünün qalibi

“Admira” (Avstriya) / “Spartak” M (Slovakiya) cütünün qalibi -“Kəpəz” (Azərbaycan) / “Daçiya” (Moldova) cütünün qalibi

Günün bütün mövzuları

XS
SM
MD
LG