Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:33

'Gömrük Komitəsinin ləğvi tezləşdirilməlidir'


Meyvə satılmır, alma bağları məhv edilir
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Meyvə satılmır, alma bağları məhv edilir

►Azərbaycansayağı bölgü: İdxal özəl sektorun, ixrac dövlətin

Mütəxəssislərin fikrincə, gerçək islahatlar olmasa, ixracatda dövlət sektorunun üstünlüyü sürəcək

Dövlət Gömrük Komitəsinin (DGK-nın) statistikasından bəlli olur ki, Azərbaycanda ixracla dövlət, idxalla özəl sektor məşğuldur. Bu ilin 5 ayının nəticələrinə görə, idxalın 568 milyon 145 min dolları dövlət sektorunun, 2 milyard 573 milyon 536 min dolları özəl sektorun payına düşüb. İxracatda vəziyyət əksinədir - ağırlıq dövlətdədir. İxracın 2 milyard 648 milyon 300 min dolları dövlətin, 323 milyon 613 mini isə özəl sektorun payına düşür.

Azərbaycan hökuməti öz hədəfindən yayınır, çünki ixracatda özəl sektorun əsas paya malik olacağını elan edib. Bu halda neftdən asılılıq da aradan qalacaqdı. “Niyə” sualının sadə cavabı var: Çünki özəl sektor neftdənkənar malların ixracatı ilə məşğul olacaqdı.

“Sərəncamlar verilir, ancaq gerçək işlər ləng gedir”

İqtisadiyyat eksperti Nazim Bəydəmirlinin fikrincə, əsas ixrac məhsulu neft və qaz sayıldığından, ixracatla dövlətin məşğul olmasına təbii yanaşmaq lazımdır:

“Özəl sektorun ixrac potensialını ancaq neftdənkənar sektorla artırmaq mümkündür. Bu istiqamətdə hökumət mənsubları danışır, qərar və sərəncamlar verilir, ancaq gerçək işlər ləng gedir”.

Ekspert neftdənkənar sektorun ixrac strukturunda 2-3 faizlik payına və onun zəif artım dinamikasına da toxunaraq, bunun inhisarçılıqdan, rəqabətədözümlü mal istehsal olunmamasından və ixrac əməliyyatlarına əngəllərin qalmasından qaynaqlandığını bildirir:

“Fikrimcə, hökumət Gömrük Komitəsinin ləğvi və onun fəaliyyətinin tam şəffaflaşdırılması ilə bağlı qərarı tezləşdirməlidir. İdxal-ixrac vergi və rüsumlarını bir qurum toplamalı, qurumlararası əlaqələndirmə sadələşdirilməli və struktur islahatları dərhal başlanmalı, bir sözlə, sahibkarlıq inkişaf etdirilməlidir”.

“Ölkə iqtisadiyyatı təbii sərvətlər üzərində qurulur”

Qalib Toğrul
Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM-in) sədri Qalib Toğrulun sözlərinə görə, ixracatda dövlət sektorunun əzici üstünlüyə malik olması ölkə iqtisadiyyatının təbii sərvətlər üzərində qurulmasının ən bariz nümunəsidir:

“Bu ilin ilk 5 ayının göstəricilərinə nəzər salsaq, görərik ki, təkcə 4 mal kodunun - xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin ümumi ixracatdakı payı 85 faizdir. Bu dövrdə ixracda özəl sektorun payı bütövlükdə 13 faizi aşmır. İdxalda isə əsas iştirakçılar özəl sektor nümayəndələridir ki, onların da payı təxminən 84 faizdir. Səbəb odur ki, idxal məhsulları ilkin tələbat malları (əsasən, ərzaq), məişət texnikası və qara metallardan hazırlanan məmulatlardır”.

Ekspertin qənaətincə, dövlət sektorunun ixracatdakı payının azaldılmasının tək yolu - ölkədə rəqabətədözümlü iqtisadiyyatdan keçir:

“Üstəlik, hökumətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi, əlverişli vergi və gömrük rejiminin yaradılması, bu iki mühüm sahədə şəffaflığın təmin edilməsi də vacibdir. Təbii ki, bunlar üçün təməl rolunu özəl mülkiyyətin toxunulmazlığı və azad, müstəqil məhkəmələr oynamalıdır”.

“Qərarlar icra edilmir”

Q. Toğrul neftdənkənar sektorun inkişafına dair qərarların icra edilmədiyini düşünür:

“Ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaq, qeyri-neft ixracını təşviq etmək üçün ilin əvvəlindən bəri mühüm sənədlər qəbul olunub. Həmin sənədlərdə qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli yerli məhsullar istehsalının təşviqindən ötrü vergi və gömrük güzəştlərindən tutmuş, geriödəmə kimi çox müxtəlif imtiyazlar nəzərdə tutulurdu. Çox təəssüf ki, onların icra mexanizminin yaradılmasına və biznesi real sektora investisiyaların qoyulmasına həvəsləndirən addımlar atılmır”.

____________________________________________________________

Bunlara da bax:
'Formula 1' və çörək
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

“Böhran Azərbaycan iqtisadiyyatını qurd kimi içərisindən gəmirir”

Ekspert onu da bildirir ki, biznesin böyüməsi, şaxələnməsi, ətə-qana dolması üçün əsas rol oynayan bank sektorunun daxilindəki böhran gündən-günə dərinləşir:

“Hökumətin bu böhranın aradan qaldırılmasına yönəlik tədbirlər planı yoxdur. Böhran Azərbaycan iqtisadiyyatını qurd kimi içərisindən gəmirir və yaxın perspektivdə bunun nəticələri çox neqativ şəkildə özünü göstərəcək”.

Bir başqa iqtisadçı ekspert - Rəşad Həsənov ixracın strukturuna diqqət çəkir:

“Yanvar-may aylarında ölkə üzrə ümumi ixrac 3 milyard dollar həcmində olub ki, bunun da 2 milyard 300 milyonu xam neftin, təxminən 300 milyon dolları isə neft məhsullarının və təbii qazın payına düşür. Cəmi 400 milyon dollarlıq qeyri-neft təyinatlı ixracat olub. Enerji daşıyıcılarının istehsal və ixracatında dövlətin təbii inhisarçılığı var və bu da dövlət sektorunun ixrac payının yüksək olmasını şərtləndirən amillərdəndir. Bu hal əvvəlki illərə də aiddir”.

“İstehsal sahələrinin böyük əksəriyyəti yalnız daxili istehlaka köklənib”

Ekspertin fikrincə, ixracda dövlətin payının çox olması yerli istehsalın zəif rəqabət qabiliyyətindən xəbər verir:

“Müstəqillik dövründə yaranan istehsal sahələrinin böyük əksəriyyəti yalnız daxili istehlaka köklənib və əslində, dünya bazarlarında nə keyfiyyət, nə də kəmiyyət baxımından rəqabət aparmaq gücündədir. Uzun müddət milli valyuta dəyərinin möhkəmləndirilməsi siyasəti də ixrac potensiallı istehsal mühitinin formalaşmasına əngəl törədib”.

R. Həsənov indi yerli sahibkarların daha çox təbii üstünlüyə malik meyvə-tərəvəz ixracatı ilə məşğul olduğunu xatırladır:

“Digər sahələrdə isə ixracqabiliyyətli istehsal imkanları yox səviyyəsindədir. Nəticədə, ölkən ticarəti böyük ölçüdə dövlət sektorundan asılı vəziyyətə düşüb. Bütövlükdə isə, böyük neft gəlirlərinin yaratdığı sürəkli eyforiya ölkədə ixracqabilliyyətli istehsal mühitinə diqqəti azaldan əsas amillərdən sayılır”.

Buna da bax: Amerikalı aktyor Anton Elcin bədbəxt hadisə nəticəsində həlak olub

Amerikalı aktyor Anton Elcin bədbəxt hadisə nəticəsində həlak olub
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir
Günün əsas hadisələri AzadlıqRadiosunda- 20 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

XS
SM
MD
LG