Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

-

Azərbaycanda “Buzlar diyarı” adlı yeni tamaşa hazırlanır.

Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsidir.

Müştərək layihə çərçivəsində hazırlanan tamaşanın geyim və dekorasiya eskizləri Gürcüstanda hazırlanacaq.

Gürcü rejissorun hazırladığı “Buzlar diyarı” tamaşası seyrçilərə azərbaycan və rus dillərində təqdim olunacaq.

Tamaşanın ssenarisini rusiyalı dramaturq yazıb. Hazırda pyesin mətni azərbaycan dilinə tərcümə olunur.

Tamaşada ən son səhnə texnologiyalarından və müasir audio-vizual vasitələrdən istifadə olunacaq.

İnteraktiv oyun üslubunda hazırlanan səhnə əsərində tamaşaçılar da oyunun bir hissəsinə çevriləcək və Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarla birgə unudulmaz bir gün yaşayacaq.

Tamaşanın premyerası oktyabr 22-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək.

Tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və Asan xidmət mərkəzlərində satışdadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG