Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14

-

“Cənub qaz dəhlizi” layihəsindən Azərbaycanın gəlirləri 30-50 milyard dollar arası ola bilər”.

Turan-ın xəbərinə görə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov belə deyib.

“İlkin hesablamalara görə, Azərbaycan “Cənub qaz dəhlizi” layihəsindən neftin müxtəlif qiymətləri nəzərə alınmaqla satış və nəqldən 30-50 milyard əldə edəcək. Bu isə ölkədə iqtisadiyyat və infrastrukturun inkişafına təkan verəcək ”, - deyə Mövsümov bildirib.

S. Mövsümovun bildirməsinə görə, “Cənub qaz dəhlizi” layihəsi uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının inkişafını hədəfə alır.

“Bu layihə onilliklər boyu Azərbaycan üçün əlavə iqtisadi və maliyyə imkanı yaradacaq. İqtisadi mənfəət və valyuta axını təmin edəcək”, - deyə o qeyd edib.

“Cənub qaz dəhlizi” layihəsi Avropanın iri infrastruktur və energetika layihəsidir. Azərbaycan qazı, hələlik, bu layihədən ötrü yeganə mənbədir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.
“Cənub qaz dəhlizi” layihəsinə “Şahdəniz-2”, Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, TANAP və ТАР kəmərləri daxildir.

Dəhlizin uzunluğu 3500 kilometrdir.

Azərbaycan qazı Avropaya 2020-ci ilin əvvəlində 10 mlrd kubmetr həcmində daxil olmalıdır. Bundan başqa, 2018-ci ildən Türkiyəyə ildə 6 mlrd kubmetr qaz verilməlidir. Layihənin ümumi qiyməti 39,1 milyard dollardır.

SOCAR prezidenti R. Abdullayev demişdi ki, Azərbaycanın bu layihə üzrə öhdəliklərini yerinə yetirməkdən ötrü 7 milyard dollar sərmayəyə ehtiyacı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG