Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57

İraq hökuməti Fəllücə şəhərinin “İslam Dövləti” qrupundan azad edildiyini bəyan edib.

İraq ordusu bir neçə həftəlik ağır döyüşlərdən sonra şəhəri nəzarətə götürüb. Ordu şənbə günü şəhərin mərkəzinə daxil olub.

Bu şəhər 2014-cü ilin yanvarından yaraqlıların əlində idi.

Hərbçilər yaraqlıların xeyli itki verdiyini, bir çox liderlərinin öldürüldüyünü və baş qərərgahlarının dağıdıldığını deyirlər.

Hazırda İraq və Suriyanın bir sıra əraziləri hələ də yaraqlıların nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG