Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Bazar günü Almaniyanın müxtəlif şəhərlərində irqçiliyə qarşı etiraz aksiyaları keçirilib.

Təşkilatçıların sözlərinə görə, Berlin,Hamburq, Münhen, Leptsiq və Boxumda keçirilən nümayişlərdə 20 minədək adam iştirak edib.

Polisin məlumatına görə isə aksiyalarda 10 mindən çox adam iştirak edib.

Təkcə Münhendə keçirilən etiraz aksiyasına 4 mindən çox adam qatılıb.

Bu aksiyanı “Münhen əlvandır” adlı vətəndaş hərakatı təşkil edib.

Aksiyaçılar bildirib ki, Münhen rəngli şəhərdir və dinindən, irqindən və cinsindən aslı olmayaraq burda heçkim qorxu işində yaşamamalıdır.

Ən çox miqrant qəbul edən Berlində isə nümayişə 9 minədək adam çıxıb.

Həmkarlar ittifaqları Konfederasiyasının rəhbəri Rayner Hoffman: “Bugünkü insan zənciri istənilən irqçilik və ksenefobiyaya qarşı işarə olmalıdır. Almaniya açıq ölkədir, bizim böyük qonaqpərvərlik mədəniyyətimiz var, hər gün minlərlə insan dəhşətli vəziyyətdən qaçıb bizə pənah gətirənlərə kömək edir. Və biz əmin olmaq istəyirik ki, açıq fikirlilər çoxluq təşkil edir”.

Ötən il Almaniyada sağçı radikallar tərəfindən cinayətlərin rekord həddə çatdığı, qaçqın mərkəzlərinə 5 dəfədən çox hücum edildiyi qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG