Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

-

İyunun 20-dən Azərbaycanla Türkiyə hərbçiləri birgə «İŞIK-2016» beynəlxalq axtarış-xilasetmə təlimlərinə başlayıblar.

Müdafiə Nazirliyinin xəbərinə görə, təlimlər iki ölkə arasındakı hərbi əməkdaşlıq planına əsasən keçirilir.

Xəbərdə bildirilir ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 «Mi-17» döyüş-nəqliyyat və 3 «Mi-35» döyüş helikopteri iştirak edir. Hərbi qüvvələr təlimlərə qatılmaq üçün Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.

Müştərək təlimlərin iyunun 30-dək davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG