Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51

-

«Bayraq meydanı» məhkəməsində prokuror Ramazan Hadıyev çıxış edərək, Rəşad Məmmədov və onunla birlikdə həbsdə olan İsfəndiyar İsfəndiyarovun azadlığa buraxılmasını istəyib. Onların hər birinə 1 il 1 ay 8 gün cəza verilməsini təklif edən prokuror qeyd edib ki, həmin müddət başa çatdığından həbsdən buraxıla bilərlər. Bu iş üzrə mühakimə olunan, bu ilin martında həbsdən ev dustaqlığına buraxılan Arzu Məmmədova gəlincə, dövlət ittihamçısı ona da eyni cəzanı istəyib

Dövlət Bayrağı Meydanı Kompleksinin keçmiş rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin martında həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, 254 min manat vəsaiti israf edib.

Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Arzu Məmmədovun həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar onun barəsində həbs-qətimkan tədbiri bu ilin martında dəyişdirilib.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında yeni videoları izləyə bilərsiz:

Günün bütün mövzuları

XS
SM
MD
LG