Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:57

-
Azərbaycanda Rusiya ilə müştərək əczaçılıq müəssisəsi yaradılır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın «Vita-A» investisiya şirkəti və Rusiyanın «R-farm» şirkəti arasında əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb.

Memorandumun imzalanması Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda gerçəkləşib.

Biznes-forum çərçivəsində Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair daha bir neçə sənəd imzalanıb.

«Azərbaycanda Rusiya kapitalına əsaslanan 600-ə yaxın müəssisə qeydiyyata alınıb. Rusiya Azərbaycan iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırıb. Rusiya iqtisadiyyatında Azərbaycan investisiyalarının payı isə 1 milyard dollar təşkil edir».

Bu sözləri isə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Rusiya biznes forumunda söyləyib.

Nazir müavini bildirib ki, 2015-ci ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 1.9 milyard dollar olub. Bu ilin dörd ayı ərzində isə bu göstərici 470 milyon dollar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG