Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

-

«Mən həmişə ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid etmişəm. Amma son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük. İndi Ermənistanda Rusiyaya qarşı çıxışlar etməyə başlayırlar».

APA-nın xəbərinə görə, bu sözləri Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, Yerevanda İkinci Dünya müharibəsində faşist rejiminə xidmət etmiş şəxsin heykəlini qoyublar:

«Bu gün Rusiya prezidentinin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü var. Ümid edirik ki, bu görüşdə irəliləyiş olacaq, proqnozlar da bunu göstərir. İnanırıq ki, Rusiya prezidenti obyektiv mövqe ortaya qoyacaq. Bu, gec-tez olmalı idi, daim belə qala bilməzdi, haqq-ədalət öz yerini tutur. Biz münaqişənin obyektiv həllini gözləyirik. Azərbaycan prezidenti erməni anlarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib, biz sülh tərəfdarıyıq. Ancaq Ermənistan prezidenti Serzh Sarksian biri neçə il əvvəl erməni gəncləri ilə görüşdə dedi ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Belə insanla necə Qarabağ problemini həll etmək olar?! Təsəvvür edirsiniz ki, bizim prezidentin Serzh Sarkisian-la oturması necə çətindir».

Günün bütün mövzuları

XS
SM
MD
LG