Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:22

Ən çox köçkün ötən il yaranıb


UNHCR komissarı Filippo Grandi hesabatı təqdim edir

UNHCR komissarı Filippo Grandi hesabatı təqdim edir

-

BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) bildirir ki, ötən il dünyada rekord sayda adam köçkünə çevrilib. 2015-ci ildə Suriya və Əfqanıstanda döyüşlər davam edib və 65 milyon 300 min nəfər evindən didərgin düşüb. UNHCR iyunun 20-də illik “Qlobal Trendlər” hesabatını açıqlayıb.

Daha öncə 2014-cü ildə ən çox qaçqının yarandığı bildirilirdi, 2-cü Dünya Müharibəsindən bəri rekord sayda adam – 60 milyon nəfər köçkünə çevrilmişdi.

Hesabata görə, ötən il hər gün hər dəqiqədə 24 nəfər didərgin düşüb ki, bu da günə 34 min nəfər deməkdir.

Cenevrədə mənzillənən agentlik Avropa liderlərini və başqa ölkələri insanları köçkünə çevirən müharibələrə son qoymağa çağırıb. Qurum həmçinin xəbərdarlıq edib ki, miqrant böhranıyla üz-üzə qalmış Avropada “ksenofobiya mühiti” yaranmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG