Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

İstanbulda LGBT yürüşünə polis basqını


Türkiyədə LGBT-nin təşkil etdiyi moda sərgisi, arxiv fotosu

Türkiyədə LGBT-nin təşkil etdiyi moda sərgisi, arxiv fotosu

-

Türkiyənin İstanbul şəhərində polis LGBT icmasının yürüşünə rezin güllələr və gözyaşardıcı qazla basqın edib.

İyunun 19-da Taksim meydanındakı “Trans Pride” yürüşünü əngəlləmək məqsədilə polis ərazini mühasirəyə alıb. 2013-cü ildən bu meydanda nümayişlər qadağan olunub.

Türkiyə mediası azı 2 nəfərin saxlandığını bildirir.

Hakimiyyət hələ iyunun 17-də gey paradların qadağan olunduğunu bildirmişdi, səbəb kimi də ultramillətçilərin xəbərdarlığını göstərmişdi.

Türkiyədə iyunun 26-na illik Gey Parad planlaşdırılır, ona da məhdudiyyət qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG