Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:13

-

BMT bildirir ki, İraq ordusu Fəllücə şəhərinin İslam Dövləti (İŞİD) ekstremist qrupundan azad olunduğunu elan edəndən sonra minlərlə sakin şəhəri tərk edib.

BMT-nin qaçqınlar agentliyinin İraqdakı təmsilçisi Bruno Geddo iyunun 19-da deyib ki, agentlikləri “bu sürətlə inkişaf edən durumla müzakirə aparırlar”. Onun sözlərincə, növbəti günlərdə daha bir qaçqın dalğası görünür, belə ki, minlərlə sakin Fəllücədə qalmaqdadır.

Şəhərdə kəskin döyüşlər gedir, antiterror qüvvələri şəhəri qalan yaraqlılardan təmizləməyə çalışır. İraq komandirinin dediyinə görə, güclü toqquşmalara baxmayaraq, İraq qüvvələri irəliləməkdədir.

İraqın Baş nazri HAidaer al-Abadi iyunun 17-də qələbəni elan edib, xüsusi qüvvələr bir neçə həftəlik döyüşlərdən sonra Fəllücənin böyük hissəsini tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG