Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

Avropa Çempionatının qrup turnirinin iyunun 20-də Tuluzada keçiriləcək Rusiya – Uels oyununda təhlükəsizliyi 2000-ə yaxın adam qoruyacaq. Adətən, hər oyun zamanı stadionlarda 900 stüard və bir o qədər də polis olur. Xatırladaq ki, İngiltərə ilə oyundan sonra qitə futbol qurumu Rusiya yığmasına şərti cəza kəsib. Bu ölkədən olan azarkeşlər bir daha stadionda oxşar hərəkətə yol verəcəyi halda, yığma Avropa Çempionatından uzaqlaşdırılacaq.

Altı macar tutulub

Çexiya - Xarvatiya oyunu

Çexiya - Xarvatiya oyunu

Macarıstan yığmasının altı azarkeşi Marseldə həbs olunub. La Provence-nin yaydığı xəbərə görə, onlar hazırda polis bölməsində saxlanılır. Polis həmin azarkeşlərin İslandiya ilə oyun (1:1) zamanı tribunalarda yaşanan qalmaqalda iştirakının dərəcəsini aydınlaşdırır. Macarlar hesabı bərabərləşdirərkən tribunalarda tüstü fişəngləri yandırılıb və onların bəzisi qazona atılıb. UEFA isə insidentə görə Macarıstanın futbol qurumu haqda intizam işi açıb.

Shevchenko: “Hamı oynamağı öyrənib”

İtalya- İsveç maçında azarkeşlər

İtalya- İsveç maçında azarkeşlər

Ukrayna yığmasının məşqçisi Andriy Shevchenko-nun fikrincə, davam edən Avropa çempionatı artıq “köhnə qitə”də həvəskar səviyyəli komandanın qalmadığını göstərir. Onun dediyinə görə, demək olar ki, bütün yığmalar ümidləri doğruldur:

Andriy Shevchenko

Andriy Shevchenko

“Fikrimcə, kiçik komandaların yetkin taktikaya söykənən oyunu bu Avropa çempionatının özəlliyidir. Macarıstanla Uelsi götürək. Hətta albanlar da, məğlubiyyətlərə rəğmən, çox inamlı təsir bağışladı. Bu çempionat göstərir ki, artıq Avropada aşkar həvəskar səviyyədə olan komandalar qalmayıb. Hamı televizora, məsələn, A seriyasına baxır, hamı oynamağı öyrənib”.

Buna da bax

Günün bütün mövzuları

XS
SM
MD
LG