Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Rusiyanın Finlandiya ilə sərhədində yerləşən Kareliya Respublikasında Syamozero gölündə tufan zamanı 10 uşaq ölüb.

Bu barədə TASS xəbər agentliyi yerli Mədəniyyət Nazirliyinə istinadən iyunun 19-da məlumat yayıb.

Nazirliyin rəsmisi Yekaterina Biktimirova deyib ki, 49 adamın olduğu qrup bərə ilə gölə gəzməyə çıxıb.

Yekaterina Biktimirova-nın sözlərinə görə, 12-15 yaşlarında olan uşaqlar Moskvadan gəliblərmiş.

Rusiya mediası xəbər verir ki, uşaqların olduğu iki qayıq çevrilib. İki nəfər itkin düşüb, 13 adam xilas edilib.

Moskva meri həlak olan uşaqların ailələrinə baş sağlığı verib və Tvitter hesabında olayı «Kareliada baş vermiş böyük faciə» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG