Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Formula-1 Avropa Qran-prisinə start verilib


Formula-1 Avropa Qran-prisinə start verildi, 19 iyun 2016

Formula-1 Avropa Qran-prisinə start verildi, 19 iyun 2016

İyunun 19-da saat 17:00-da Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan dövlət başçısı İlham Əliyev, «Formula One Management»in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxırlar.

Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifadə edib.

Formula-1 Avropa Qran-prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın «Mercedes»in pilotu Niko Rosberq dayanıb. Ondan sonra «Force İndia» komandasının pilotu Serxio Peres və «Red Bull Racing»in sürücüsü Daniel Rikkardo yer alıblar.

Açılış mərasimi keçirilib

Yarışdan əvvəl Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub. Sonra açılış mərasimi keçirilib. Bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət açılış mərasimində rol alıb.

Açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarət olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG