Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17

"ADO" teatr Gürcüstandan maraqla qarşılanıb


"ADO" Teatrın Gürcüstanda baş tutmuş bir tamaşasından səhnə

"ADO" Teatrın Gürcüstanda baş tutmuş bir tamaşasından səhnə

Onlar Gürcüstanın “Tilda” və “Movement” teatrlarında "STOP" tamaşasını oynayıblar

-

"ADO" teatr Gürcüstana səfərdən qayıdıb

Azərbaycanın underground teatrı olan "ADO" 14-16 iyun arası Gürcüstanın paytaxtı Tibilisi şəhərində yaradıcı səfərdə olub. Bu günlər ərzində onlar müstəqil gürcü teatrları olan "Tilda""Movement" teatrlarında "STOP" tamaşasını oynayıblar. "ADO" teatrının təsisçisi və bədii rəhbəri Elmin Bədəlov "Oxu Zalı"na açıqlamasında teatrın səfəri baradə bunları deyib:

"ADO" teatrın direktoru Elmin Bədəlov

"ADO" teatrın direktoru Elmin Bədəlov

"“ADO” teatr olaraq İstanbul və Gürcüstana səfərə çıxmışdıq. İstanbulda teatr və kino adamlarıyla görüşlərimiz oldu. Gürcüstanda isə iki teatr “Tilda” teatrı və “Movement teatrı ilə şəxsi təmaslarımız oldu və bu teatrlarda tamaşa verməyi qərara aldıq. Gürcüstanda media bizim səfərimizə gözlədiyimizdən artıq diqqət verdi. Dörd Gürcüstan televiziyası, bir gürcüstan radiosu və ona qədər gürcü saytı bizim səfərimizi işıqlandırdı. Gürcüstanın birinci kanalı tamaşalarımız haqda reportaj yayımladı. Ümumiyyətlə Gürcüstandan çox yaxşı təəssüratlarla qayıtdıq. Gürcü tamaşaçısından razı qaldıq".

"ADO" teatrın Tiflisdə baş tutmuş "STOP" tamaşasından bir səhnə

"ADO" teatrın Tiflisdə baş tutmuş "STOP" tamaşasından bir səhnə

Günün bütün mövzuları

XS
SM
MD
LG