Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:55

F. Qəhrəmanlının istintaq işi ilə tanışlıq başlayıb


Fuad Qəhramanlı
Fuad Qəhramanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini, hazırda həbsdə olan Fuad Qəhrəmanlının vəkilləri istintaq materialları ilə tanış olmağa başlayıblar. Bu barədə vəkil Fəxrəddin Mehdiyev bildirib.

F. Qəhrəmanlıya isə iş materialları 1 saylı Bakı İstintaq Təcridxanasında təqdim olunmalıdır. Onun vəkilləri Fəxrəddin Mehdiyev, Yalçın İmanovNemət Kərimli isə artıq, sənədlərlə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin istintaq şöbəsində tanış olurlar.

F. Mehdiyevin sözlərinə görə, iş materialları ilə tam tanış olduqdan sonra razılaşmadıqları məqamlarla bağlı vəsatət verəcəklər.

Fuad Qəhrəmanlı «Facebook» səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Siyasətçinin həbs müddəti sonuncu dəfə martın əvvəlində artırılmışdı. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyır.

XS
SM
MD
LG