Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:59

Rayonlarda yenə dolu gözlənilir


Hava proqnozu stansiyas, Pirallahı
Hava proqnozu stansiyas, Pirallahı

İyunun 20-si Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Abşeronda gecə 19-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da gündüz yağıntı olmayacağı bildirilir. Ancaq, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı qeyd edilir. Yağışın leysana çevriləcəyi, bəzi yerlərdə dolu düşəcəyi ehtimal edilir. Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Son həftələr ölkənin bir sıra bölgələrinə dolu düşüb. Nəticədə əkin sahələrinə, meyvə bağlarına ciddi ziyan dəydiyi bildirilir.

XS
SM
MD
LG