İraq qüvvələri özünü İslam Dövləti adlandıran yaraqlıların əlində olan Mosul yaxınlığında cəbhə açıblar.
Təhlükəsizlik rəsmiləri bildiriblər ki, iraqlı qüvvələri iyunun 18-də Baiji şəhərindən hərəkətə başlayıblar. Onlar Mosulu geri almaq üçün əməliyyatlara başlayacaqlar.
İŞİD İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin iyununda tutub. İraq ordusu bir neçə dəfə Mosulu almağa çalışsa da, hərbi əməliyyatları uğursuz olub.