Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

Belçikada həftəsonu terror planlaşdırılıbmış


Belçika paytaxtı Orlando-dakı qətliama belə reaksiya verdi, 16 iyun, 2016

Belçika paytaxtı Orlando-dakı qətliama belə reaksiya verdi, 16 iyun, 2016

Belçikada terrorçuluq ittihamı ilə 3 belçikalı həbs olunub. Onlar gecə reydləri zamanı saxlanıb.

Belçika prokurorluğu bildirir ki, 9 nəfər iyunun 17-dən 18-nə keçən gecə aparılan əməliyyat tədbirləri zamanı həbs olunub.

Beləliklə, 12 nəfər yeni terror hücumları planlaşdırmaqda ittiham olunur.

Belçikanın ictimai TV-si VTM bildirib ki, həbs olunanlar bu həftə sonu Brüsseldə terror hücumu törətməkdə şübhəli bilinirlər.

Mart ayında islamçı intiharçı Belçika paytaxtında aeroport və iki metro stansiyasında partlayış törətmişdi, nəticədə 32 adam ölmüşdü.

Bundan bir neçə ay qabaq isə 100d-dən çox adamın ölümünə səbəb olan Paris terroru baş vermişdi.

Avropa-2016 futbol çempionatı ilə bağlı Avropa ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG