Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

İ. Əliyev: «Biz mənasız danışıqlar aparmaq fikrində deyilik»


İlham Əliyev, 2016

İlham Əliyev, 2016

«Heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində səsləndirib. İlham Əliyev qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək:

«Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. O, cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi».

Prezident Qarabağ danışıqlarına da toxunub: «Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər»

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyunun 20-də Sankt-Peterburqda Rusiya dövlət başçısı V. Putin-in iştirakı ilə gözlənilir. Görüşə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də qatılacağı bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG