Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:36

Atəşkəslə bağlı 19 iyun açıqlaması


Dağlıq Qarabağ, erməni əsgəri pozisiyada
Dağlıq Qarabağ, erməni əsgəri pozisiyada

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 20 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Goranboy rayonları istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Müdafiə Nazirliyinin iyunun 18 -də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 17 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

XS
SM
MD
LG