Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

-

Türkiyədə təhsil alan əcnəbilər arasında azərbaycanlıların sayının artdığı bildirilir. Türkiyədəki universitetlərdə ümumilikdə 87903 əcnəbi tələbənin təhsil aldığı qeyd edilir. Onların arasında ilk sırada azərbaycanlıların durduğu deyilir.

ANS-in xəbərinə görə, Türkiyə universitetlərində təhsil alan əcnəbilərin böyük əksəriyyəti qonşu ölkələrdən gələnlərdir. Azərbaycan Türkiyəyə ən çox tələbə göndərən ölkədir.

Bu ölkədə 12504 azərbaycanlı təhsil alır. Onların 2776 nəfəri xanımlardır.

Sonrakı sırada 9903 tələbə ilə Türkmənistan, 9689 tələbə ilə Suriya, 5661 tələbə ilə isə İran gəlir.

Türkiyədə İraqdan 4414, Əfqanıstandan 4338, Qırğızıstandan 1994, Yunanıstandan 1993, Qazaxıstandan 1986, Liviyadan 1668 tələbənin təhsil aldığı bildirilir.

Təhsildən ötrü Türkiyəni seçənlər arasında Fici, Ekvador, Surinam, Honduras kimi ölkələrin də adları var.

İnkişaf etmiş Avropa ölkələrinin adına da bu siyahıda rast gəlinir. Ancaq oradan gələnlərin əksəriyyətinin türklər olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG