Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:21

«Adım Britaniyaya azadlıqdır»


Jo Cox-un öldürüldüyü yer.
Jo Cox-un öldürüldüyü yer.

-

Britaniya parlamentinin deputatı Jo Cox-un qətlində günahkar bilinən Thomas Mair məhkəmədə onun adını soruşarkən, belə cavab verib: «Mənin adım xəyanətkarlara ölüm, Britaniyaya azadlıqdır».

Məhkəmə iyunun 18-də başlayıb.

Məhkəmə katibi sualını təkrarlayarkən, eyni cavabı verib. Məhkəmədə ona qarşı ittihamlar irəli sürülüb: o, qətldə və qanunsuz silah gəzdirmədə suçlu bilinir.

İyunun 16-da Berstoll şəhərində Jo Cox seçiciləri ilə görüşə hazırlaşırmış. Thomas Mair 41 yaşlı millət vəkilinə atəş açıb, qadın yerə yıxılandan sonra ona çoxsaylı bıçaq zərbələri endirib.

Bu qətl bütün Britaniyanı sarsıdıb. Siyasi partiyalar Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum ərəfəsində apardıqları təbliğat kampaniyasını bazar ertəsinə qədər təxirə salıblar.

İyunun 20-də Jo Cox-un xatirəsi ilə bağlı parlamentin xüsusi sessiyası keçiriləcək.

Leyboristlər Partiyasından olan Jo Cox ölkəsinin Avropa Birliyinin tərkibində qalmasının tərəfdarı idi.

XS
SM
MD
LG