Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:06

Steinmeier NATO-nu təlimlərə görə qınadı


Germany -- German Foreign Minister Frank-Walter Steinmeier speaks during a press conference on January 12, 2016 in Berlin.
Germany -- German Foreign Minister Frank-Walter Steinmeier speaks during a press conference on January 12, 2016 in Berlin.

-

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier NATO-nun Şərqi Avropadakı hərbi təlimlərini «müharibə qızışdırıcı» kimi qiymətləndirib.

İyunun 19-da yerli mediaya açıqlamasında nazir deyib ki, Şərqi Avropa sərhədləri yaxınlığında tankların rəmzi paradını keçirməklə Alyansda təhlükəsizliyi inkişaf etdirməyi düşünmək səhvdir.

NATO iyunun 13-də bəyan edib ki, Krımın ilhaqından və Ukrayna separatçılarına verdiyi dəstəkdən sonra Rusiyanın təcavüzündən narahat olan Estoniya, Latviya, Litva və Polşaya yeni batalyon göndərə bilər.

NATO-nun Baş katibi Jens Stoltenberg iyunun 16-da deyib ki, Rusiya Alyansa daxil olan ölkələrlə sərhəddə hərbi məqsədlər üçün yer arayır.

Rusiya NATO-nun keçmiş sovet respublikaları hesabına genişlənməsinə qarşıdır və bunu özünə qarşı təhlükə sayır.

XS
SM
MD
LG