Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:42

Yürüşü Hamilton qazandı


Lewis Hamilton
Lewis Hamilton

-

«Formula-1» Bakı Qran-prisində üçüncü test yürüşü başa çatıb.

Yürüşün qalibi «Mercedes» komandasının üzvü Lewis Hamilton olub. İngiltərəli idmançı 1:44.352-lik nəticə göstərib.

Onu «Mercedes»in digər pilotu Nico Rosberg (1:44.610) izləyib.

Üçüncülüyü isə «Force India» komandasından Nico Hülkenberg (1:45.540) qazanıb.

İyunun 17-də keçirilmiş ilk iki yürüşdə də L.Hamilton qalib olmuşdu.

«Turan»ın xəbərinə görə, 3-cü yürüşə 11 komandadan 22 pilot qatılıb. Yarışma 1 saat sürüb.

İyunun 18-i günün ilk yarısında P2 üzrə birinci yarış keçirilmişdi. 32 dövrəlik yarışın qalibi Antonio Giovinazzi (Prema Racing) olmuşdu.

Saat 17:00-dan 18:00-a kimi isə «Formula-1»in sıralama turu olmalıdır.

XS
SM
MD
LG