Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54

-

Belçikada terror hücumları planlaşdırmaqda şübhəli bilinən 12 nəfər tutulub.

Belçika prokurorluğu iyunun 18-də bildirib ki, 40 şübhəli şəxs sorğu-sual edilib, 12 nəfər həbs olunub.

Bir çox Avropa ölkəsi Avro-2016 futbol çempionatına görə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Belçika polisi yerli ictimai kanala deyib ki, həbs olunanlar bu həftə Brüsseldə terror planlaşdırıbmış.

Martda Brüsseldə metro stansiyasında və aeroportda 32 adamın ölümünə səbəb olan terror aktları baş verdi.

Ötən ilin noyabrında Parisdə törədilmiş hücumda isə 130 adam həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG