Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:51

-

Pentaqon rəsmiləri Rusiya aviasiyasının Suriyada əməliyyat keçirməsini təsdiqləyib.

ABŞ mediası xəbər yaymışdı ki, Rusiya təyyarələri Suriya müxalifətinin mövqelərinə zərbələr endirib. Amerikalı hərbi komandanlıq suriyalı tərəfdaşlarının mühafizəsi üçün həmin mövqelərə iki hərbi təyyarə göndərib və rusiyalı hərbçiləri atəşi dayandırmağa çağırıb. Bundan sonra amerikalı təyyarəçilər yanacaq götürmək üçün geri döndüklərində rusiyalı bombardmançılar üsyançıların mövqelərinə daha bir hücum ediblər.

CNN adının açıqlanmasını istəməyən Pentaqon rəsmisinə istinadən bildirib ki, bu davranış Rusiyanın təhlükəli niyyətlərindən xəbər verir. Rəsmi deyib ki, onlar Rusiyanın izahatını gözləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG