Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

-

1652 şagirdin buraxılış imtahanlarından azad edildiyi bildirilir.

Söhbət Ağdam rayonunda 23, Tərtər rayonunda 21, Goranboy rayonunda isə 5 məktəbin IX və XI sinif şagirdlərindən gedir.

Bununla bağlı Təhsil Nazirliyinin təklifi, Nazirlər Kabinetinin razılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qərar verdiyi qeyd edilir.
Qərara səbəb kimi bu ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hərbi əməliyyatlarla bağlı Ağdam, Goranboy və Tərtər rayonlarının bəzi məktəblərində tədris prosesinin pozulması göstərilir.

Bu məzunların ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.

Sözügedən rayonların ümumtəhsil müəssisələrində buraxılış imtahanları iyunun 21-də keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG