Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

Putin nikbindir


Vladimir Putin
Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin ölkənin iqtisadi durumu, o cümlədən gələcək ABŞ prezidenti ilə əlaqələrlə bağlı nikbinliyini bölüşüb.

Putin deyib ki, o, ABŞ prezidentliyinə namizədlərin hər seçkidə «Rusiya kartı»ndan istifadə etməsindən təəssüflənir. Prezidentin fikrincə, bəzən ittiham həddini aşır.

İyunun 17-də Sankt-Peterburqda jurnalistlərə açıqlamasında Putin əlavə edib ki, bununla belə onlar ABŞ-ın yeni prezidenti ilə normal münasibətlərin qurulmasına ümid edirlər.

Ölkə iqtisadiyyatı ilə bağlı Putin bildirib ki, onlar bu ilin sonuna iqtisadiyyatda cüzi durğunluq gözləyirdilər, ancaq artım baş verir.

Prezident bildirib ki, sənayedə və kənd təsərrüfatında artım müşahidə olunur.

Putin deyib ki, ölkəyə investisiya axının azalmasının səbəbləri təkcə investorların Rusiyanın struktur problemlərindən doğan narahatlığında və ya Qərbin sanksiyalarında axtarılmamalıdır. Bunda neftin qiymətinin düşməsinin də rolu var. Onun fikrincə, aşağı neft qiymətləri enerji sənayesi layihələrini «öldürüb».

XS
SM
MD
LG