Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

-

Sankt-Peterburqda yerli sakinlər Duderqof kanalından keçən körpüyə keçmiş Çeçenistan prezidenti Ahmed Kadyrov-un adının verilməsinə etiraz edirlər.

Etirazçılar şəhər rəhbərliyinin binasının qarşısına toplaşsalar da, polis aksiyanın davam etməsinə imkan verməyib.

Bu barədə yerli «Dojd» kanalı məlumat verib. Aksiya iştirakçıları «Əleyhinəyik» yazılmış plakat qaldırıblar. 90 minə yaxın adam körpünün Ahmed Kadyrov adlanmasına etiraz petisiyasına imza atıb. Plakat bunu simvolizə edir, - aksiya təşkilatçıları deyib.

İyunun 16-da Peterburq qubernatoru Georgy Poltavchenko körpünün Çeçenistanın birinci prezidenti, mərhum Ahmed Kadyrov-un şərəfinə adlanması ilə bağlı sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG