Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:51

Atəşkəslə bağlı 18 iyun açıqlaması


Erməni əsgər
Erməni əsgər

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 17 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Çinari və Mosesqex kəndlərindən Azərbaycan ordusunun Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər, Xocavənd, Füzuli, Cəbrayıl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Müdafiə Nazirliyinin iyunun 17-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 23 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

XS
SM
MD
LG