Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:23

-

İyunun 17-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə jurnalist Ərşad İbrhimovun işi üzrə kasasiya şikayətinə baxılıb. Onun cəzası 10 ildən 5 ilə endirilib .

“Azadlıq” qəzetinin bölgə müxbiri olmuş Ərşad İbrahimov hazırda rüşvət iddiası ilə həbsdə olan Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovu korrupsiyada ittiham edən məqalələr yazırdı.

M.Bağırov tutduğu vəzifədən azad edildikdən sonra jurnalist barəsində Gəncə şəhər Polis İdarəsinə şikayət etmişdi. Həmin şikayət əsasında Ə.İbrahimova qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmış, 2014-cü il iyunun 18-də həbs edilmişdi.

Nəticədə Ərşad İbrahimov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi. Sonradan Gəncə Apellyasiya Məhkəməsi bu cəzanı 1 il azaltmışdı.

Jurnalistin barəsində yazdığı Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırov isə bundan sonra korrupsiya ittihamı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Jurnalistin vəkili Bəhruz Bayramov Azadlıq Radiosuna bildirib ki, məhkəmə prosesində jurnalistə bəraət istəyib. Lakin məhkəmə ona bəraət verməyib.Əvəzində Ərşad İbrahimovun Qarabağ müharibəsinin iştirakçısı, müharibədə yaralandığını, məcburi köçkün olduğunu nəzərə alaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, Ə.İbrahimova təyin olunan 10 il cəza 5 il müddətinə endirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG