Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:53

-

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2016 çərçivəsində "Qazprombank" ilə "SOCAR Polymer" arasında əməkdaşlıq sazişinin imzalandığı bildirilir.

Trend-in məlumatına görə, saziş "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə azot qurğusunun tədarükünü nəzərdə tutur. Qurğu bank qrupuna daxil olan "Kriogenmaş" şirkəti tərəfindən hazırlanacaq.

Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və "Qazprombank" ASC-nin sədri Andrey Akimov imzalayıb.

R.Abdullayev sazişin SOCAR-la "Qazprombank" Qrupu arasında strateji tərəfdaşlığın və əməkdaşlığın nümunəsi olduğunu deyib.

SOCAR-ın nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumunda iştirak etməkdən ötrü iyunun 16-dan Peterburqa gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG