Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:15

Korrupsionerlərə qarşı çağırışlar artır


Rusiyada öldürülmüş müxalifət lideri Boris Nemtsov 2012-ci ildə Sergei Magnitsky-nin şəklini tutarkən.

Rusiyada öldürülmüş müxalifət lideri Boris Nemtsov 2012-ci ildə Sergei Magnitsky-nin şəklini tutarkən.

►“Korrupsionerlərin ayaqları altına qırmızı xalılar sərməyə son qoyulmalıdır”

Amerika qanunvericiləri və hüquq müdafiə təşkilatları korrupsiyaya qarşı mübarizə səyləri çərçivəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi tədbirlərini və onun insan hüquqlarına təsirini müzakirə edirlər.

Bu haqda Turan agentliyi xəbər verir.

Müzakirələrdə Anqola, Nigeriya və bir sıra ölkələrlə birlikdə, Azərbaycan da yer alır. Bu ölkələrdə yüksək korrupsiya və insan hüquqları sahəsində vəziyyətin pisləşməsinin xüsusi narahatlıq yaratdığı qeyd edilir.

“Azərbaycan hakim rejimin korrupsiyası haqqında danışmağın riskli olduğu yer kimi qalır. Buna görə sizi həbs edə, yalan ittihamla həbsxanaya ata bilərlər”, deyə Human Rights Watch-un direktor müavini Con Sifton iyunun 16-da ABŞ Konqresinin insan hüquqları komissiyasının təşkil etdiyi xüsusi müzakirələrdə bildirib.

O daha sonra deyib ki, bu yaxınlarda Panama sənədlərinin sızması göstərdi ki, Azərbaycanda birinci şəxslərin iştirakı ilə böyük miqyasda korrupsiya qalmaqdadır.

“Hakimiyyət son vaxtlar beynəlxalq təzyiqlə əlaqədar onlarla fəalı azad etmək məcburiyyətində qaldı”, deyən Sifton Qərb hökumətlərini bu təzyiqi davam etdirməyə çağırıb.

ABŞ Konqresinin dünyada korrupsiya səviyyəsinin azaldılması və insan hüquqlarının müdafiəsindən ötrü istifadə edə biləcəyi mühüm alətlərdən biri İnsan Hüquqları üzrə Qlobal Maqnitski Qanunudur.

Bu qanun insan hüquqlarını pozanların ABŞ-a yolunu bağlayacaq və bu ölkədə daşınmaz əmlakla bağlı sövdələşmələrinin qeydiyyatını qadağan edəcək.

Global Witness təşkilatından Stefani Ostfeld də xarici dövlətlərin korrupsiyaya uğramış hökumət üzvlərinə qarşı bu qanunu tətbiq etməyə çağırıb.

“Biz korrupsionerlərin ayaqları altına qırmızı xalılar sərməyə son qoymalıyıq”, deyə o bildirib.

ABŞ-dan baş dairə hakimi Mark Volf qeyd edib ki, prezidentlər və ya nazirlər insanları söz azadlığı hüququnu həyata keçirdiklərinə, korrupsiyanı ifşa etdiyinə görə öldürürsə cinayətkardırlar. Onlır daha, beynəlxalq ictimaiyyətin nüfuzlu üzvləri olmamalıdır.

“Korrupsiya təqib və ya cəzalardan qorxmayan kleptokratik idarəçiləri olan bir çox ölkələrdə cəzasızlıq olduğuna görə mövcuddur. Çünki onlar polis əməkdaşlarına, prokurorlara və məhkəmələrə nəzarət edir”, deyə o bildirib.

Konqressmen, İnsan Hüquqları üzrə Komissiyanın həmsədri Cim Makqovern bildirib ki, dünyada korrupsiyanın insan hüquqlarına təsiri getdikcə daha çox etiraf olunur.

“Obama administrasiyası korrupsiyaya qarşı mübarizə üzrə maliyyə şəffaflığı ilə bağlı əlavə öhdəliklər götürüb. Biz kifayət qədər iş görürükmü, korrupsiya və insan hüquqlarının pozulması faktlarına adekvat reaksiya veririkmi? Bu komissiyanın vəzifələri bundan ibarətdir”, deyə o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG