Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

-

8-ci Yay Hərbi İdman Oyunları Azərbaycanda keçirilə bilər.

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti Abdul Hakeem Al-Şinonun belə bir müraciətlə çıxış etdiyi bildirilir.

Müraciət iyunun 17-də CISM-nin rəsmi nümayəndəsi Nevzat Varolla Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Natiq Əliyevin görüşündə müzakirə edilib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə prezident İlham Əliyevin idmanın inkişafına dəstək verdiyi, Azərbaycanın Avropa Oyunlarına, “Formula-1” yarışlarına ev sahibliyi etdiyi qeyd olunub.

N.Varol Azərbaycanın hərbçilər arasında bir neçə nüfuzlu yarışa da ev sahibliyi etdiyini yada salıb.

Ancaq görüşdə 8-ci Yay Hərbi İdman Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı hansı razılığa gəlindiyi açıqlanmır.

Bu il Azərbaycan “Formula-1” yarışıarından başqa Şahmat Olimpiadasına, gələn il isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməlidir. Ötən il isə Bakıda I Avropa Oyunları keçirilmişdi. Müxalifət düşünür ki, bu yarışlara xərclənən pullar, iqtisadi islahatlara və əhalinin sosial problemlərini həllinə sərf edilməlidir.

XS
SM
MD
LG